Üzün təmizlənməsi və qulluq
Üzün təmizlənməsi / Manşet
Üz bir növ vizit kartıdır,ona görə də dərinizin cavanlığını qorumaq üçün onu,hərdən bir təmizləmək və xeyirli maddələrlə qidalandırmaq lazımdır. Üzün təmizlənməsi dərin təmizləməyə əsaslanan prosedurdur.Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayir.O dəridən bütün şlak və toksinləri çıxarmağa,dərinin rənginin yaxşılaşdırılmasına,dərinin dərindən nəmləşdirilməsinə,yardım edir.Üzün təmizlənməsi zamanı məsamələr dərindən təmizlənir. Üz təmizlənməsi 2 üsulla aparılır: mexaniki və ultrasəs.Bütün digər təmizlənmə üsullarından fərqli olaraq dərinin mexaniki təmizlənməsi dərinin bütün məsamələrin əsaslı şəkildə təmizləməyə imkan verir.