Kontur plastikası

Kontur plastikası

Kontur plastikası
Üzün kontur plastikası yaşla əlaqəli olan dəyişiklərə qarşı qoruyucu korreksiya vasitəsidir.Bu plastika dərialtı inyeksiyalar vasitəsi ilə keçirilir. Bu prosedur üsulunun köməkliyi ilə üzün istənilən konturunu əldə etməyə,qırışlardan azad olunmağa,dodaqların formasını dəyişdirməyə imkan yaradır. Bu metod sovrulma imkanına malik,tərkibi qialuron turşusu olan materiallardan hazırlanır.Qialuron turşusu canlı orqanizmlərin komponentidir.Dəridə olan qialuron turşusu,öz etrafında maye tutub saxlayır,bu da öz növbəsində dəridə həcm verir. Kontur plastikasına – plastic cerrahlıq da demək olar,lakin plastik əməliyyatlardan fərqli olaraq,bu əməliyyat bıçaqsız və tikişsiz keçirilir. Bundan əlavə,başqa plastic əməliyyatlarda istifadə olunan sintetik materiallardan (silikon və s.) fərqli olaraq kontur plastikasında istifadə olunan qialuron turşusu heç bir problem yaratmır.Kontur plastikasının müsbət tərəfi həm də ondan ibarətdir ki, unikal tərkibə malik olan qialuron turşusu dərinin hüceyrələrini içəridən cavanlaşdırmağa başlayır.Təsir müddəti bitəndən sonar isə,özü bədəndən tamamən çıxıb gedir. Xırda qırışların korreksiyası keçiriləndə dərinin keyləşdirməsinə ehtiyac olmur.Lakin dodaq-burun arası dərin qırışlar,üzün konturunun dəyişilməsi və dodaqların böyüdülməsi kimi prosedurlarda anesteziya tələb olunur. Dodaqların böyüdülməsinin effektini dərhal görə bilərsiz. Kontur plastikası – dodaq,üz ovalının korreksiyası,müəyyən edilmiş yerlərə iynə vurulma vasitəsi ilə fillerlərin doldurulması vasitəsi ilə keçirilən prosesdir.Həmin bu fillerlər,ağrısız və tez bir zamanda dərin qırışların aradan qaldırılmasına,üzün ovalına korreksəya verilməsinə,dodaqları əməliyyatsız böyüdülməsinə imkan yaradır.


Göstərişlər:
1. Alın qırışların aradan götürülməsi
2. Göz ətrafı qırışların,kölgələrin aradan götürülməsi
3. Burun - dodaq (nasolabial) qırışların aradan götürülməsi
4. Ağız künclərin qırışları aradan götürülməsi
5. Dodaqların böyüdülməsi və ya forma dəyişikliyi
6. Üz ovalının korreksiyası