Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/epidermis/public_html/engine/classes/templates.class.php on line 217 Epimis Estetik Klinika http://epimis.az/ ru Epimis Estetik Klinika DataLife Engine Burun korreksiyası http://epimis.az/xidmetlerimiz/61-burun-korreksiyasi.html http://epimis.az/xidmetlerimiz/61-burun-korreksiyasi.html Burun korreksiyası
Burun korreksiyası üçün fərqli dolğu maddələri istifadə edilməkdədir. Bunların içərisində bütün dünyada ən məşhur və etibarlı olanı “Hyaluron turşusu” tərkibli təbbi dolğu maddələridir.

İstifadə olunan dolğunun növünə, miqdarına və pasientin bioloji xüsusiyyətlərinə bağlı olaraq dolğunun qalıcılıq müddəti 6 ilə 18 ay arasında dəyişir. 10-15 dəqiqədə reallaşdırılan əməliyyatsız burun korreksiyası nəticəsində siz 18 aya qədər arzu etdiyiniz burun formasına sahib olursunuz. Dolğunun təsiri keçdikdən prosedur təkrarlana bilər.

Son zamanlar istifadə olunan hidrofilik gellərin tətbiqi ilə prosedurun qalıcılıq müddəti 5-8 ilə qədər artırılmışdır.

Burun dolğusu ilə nələr edilə bilər?

-Burun əyrilikləri tamamilə aradan qaldırıla və ya yüngülləşdirilə bilər.

-Burun ucu qaldırıla bilər.

-Burunda simmetriya problemləri həll edilə bilər.

-Rinoplastika əməliyyatı nəticəsində yaranan problemlər aradan qaldırıla bilər.

-Burun kəməri düzəldilə bilər.

-Burunun alına birləşən yerində boşluqlar doldurula bilər.

Əməliyyat sonrası istənilən nəticələrin əldə edilə bilmədiyi hallarda əməliyyatsız burun korreksiyası ilə problemin həlli mümkündür. Beləliklə, xəstə ikinci dəfə əməliyyat olmaqdan qurtulmuş olur.]]>
admin Wed, 14 Aug 2019 18:55:04 +0300
Azərbaycanda "tük fırıldağı" http://epimis.az/melumatlar/xeberler/58-azerbaycanda-tuk-firildagi.html http://epimis.az/melumatlar/xeberler/58-azerbaycanda-tuk-firildagi.html Azərbaycanda "tük fırıldağı"

Azərbaycana lazer cihazları Almaniyadan, yoxsa Çindən gətirilir?

Arzuolunmaz tüklərin follikulunu (kökünü) məhv edən lazer epilyasiyası hazırda ən ucuz Azərbaycanda reallaşdırılır. Adətən hər hansı xidmətin qonşularda ucuz, bizdə baha olmasına öyrəşsək də epilyasiya sektorunda vəziyyət əksinədir. Belə ki, istər Türkiyə, istərsə də Rusiyada arzuolunmaz tüklərin epilyasiyasına təkcə bir seans üçün 1000 manata xərc tələb edir. Ölkəmizdə isə tüklərdən xilas olmaq maksimum 250 manata başa gəlir. İlk baxışdan bunun həmin ölkələrin xalqlarının sarışın olması, epilyasiya aparatının rəngsiz və nazik tükləri görməməsi ilə izah etmək olar. Lakin məsələnin öz sualtı daşları var. Bunu araşdırmağa çalışdıq. Qadınlar üçün nəzərdə tutulmuş qiymətlərin müqayisəsindən başladıq.

Türkiyədə lazer epilyasiyası
Qoltuq altı - 62 tl (29.66 manat)
Ayağın aşağısı - 332 tl (158.82 manat)
Bütöv ayaq - 625 tl (299 manat)
Bütöv bədən (üz xaric) - 826 tl (395 manat)
Üz - 170 tl (81 manat)
Dodağın üstü - 54 tl (25 manat)
Bikini - 100 tl (47 manat)
Çənə - 54 tl (25 manat)

Rusiyada lazer epilyasiyası
Dodaqüstü - 3 400 rubl (99.96 manat)
Bikini - 6 800 rubl (199.92 manat)
Qolaltı- 14 200 rubl (435.94 manat)
Bikini+qoltuqaltı - 9 200 10 faiz endirim ( 282 manat)

Azərbaycanda qiymətlər
Qollar + qolaltı - 52 manat
Ayaqlar + bikini + qolaltı - 99 manat
Ayaqlar + qollar + qolaltı - 99 manat
Ayaqlar + qollar + bikini + qolaltı - 149 manat
Bütün bədən - 179 manat

Yuxarıdakı qiymətlər lazer epilyasiyasının Soprano ICE aparatı ilə həyata keçirildiyi zaman keçərlidir. "Alexandrit" aparatı ilə tüklərin yox edilməsi qiymətləri aşağıdakı kimidir:

Ayaq - 65 manat
Qol + qolaltı 35 manat
Uz + qolaltı 20 manat
Bikini + qolaltı 25 manat

Göründüyü kimi üç ölkə arasında qiymətlərdə ciddi fərq var. Maraqlısı da odur ki, istər Azərbaycan, istər Rusiya, istərsə də Türkiyə lazer epilyasiyasında son texniki nailiyyətlərdən - Soprano ICE aparatından istifadə edir. Mövzu ilə bağlı müraciət etdiyimiz yerli kosmetoloqlar Azərbaycanda lazer epilyasiyasının ucuz olmasının səbəbini rəqabətlə izah etdilər: "Bizdə bazarda böyük rəqabət var. Ona görə hər kəs qiymətlərdə endirim edir. Bundan başqa Türkiyədə, Rusiyada lazer epilyasiyasına tələbat buradakı kimi yüksək deyil. Çünki bu ölkələrdə əhalinin tükü azdır. Azərbaycanda əhali tüklü olduğundan lazer epilyasiyası xidməti göstərən salonların, mərkəzlərin sayı çoxdur".

Türkiyədə gözəllik mərkəzi işlədən Hakan adlı həmyerlimiz isə məsələnin heç də tüklərin azlığı-çoxluğu ilə bağlı olmadığını diqqətə çatdırdı: "Türkiyədə tüklü insan az deyil. Əksinə, arzuolunmaz tükü az olan qadınların sayı azdır. Sadəcə, Azərbaycanda lazer epilyasiyası bütün gözəllik salonlarında, klinikalarda, mərkəzlərdə həyata keçirilir. Hərə bir cihaz alıb, müştəriyə epilyasiya xidməti göstərir. Yaranan rəqabət qiymətləri ucuz saxlamağa məcbur edir. İkinci səbəb Azərbaycanın lazer epilyasiyası sahəsində geridə qalmasıdır. Türkiyədə böyük gözəllik mərkəzləri tez-tez cihazları dəyişirlər. Azərbaycanda isə bir cihaz ömrü bitənə qədər işlədilir. Hazırda Azərbaycanda kosmetoloji mərkəzlərdə, gözəllik salonlarında istifadə edilən cihazların çoxu 3-4 il əvvəl alınmış cihazlardır. Eyni zamanda, Türkiyədə lazer epilyasiyasının gözəllik salonları tərəfindən həyata keçirilməsi qadağan edilib".

Həmsöhbətim Türkiyədə prosedurun baha olmasının səbəblərinə də toxundu: "Türkiyədə də qiymətlərin Azərbaycanla eyni səviyyədə olduğu yerlər var. Hansı ki onlar gizli fəaliyyət göstərirlər. Ancaq kosmetoloji mərkəzlərdə lazer epilyasiyası həkim nəzarəti altında həyata keçirilir. Yəni Azərbaycandakı kimi müayinə edilmədən tüklər yandırılmır. Lazer epilyasiyası təhlükəli prosedurdur və hər an dərinin yanma təhlükəsi var. O səbəbdən Türkiyədə lazer epilyasiyası daha çox klinikalarda reallaşdırılır".

Azərbaycanda lazer epilyasiyasını reallaşdıran salonlarda aparatların modelləri, kosmetoloqların bilikləri ilə maraqlandıq. Məlum oldu ki, kosmetoloqlar kurs əsasında lazer epilyasiyası biliklərinə sahibləniblər. Hər kosmetoloqun da hansısa təlimdən sertifikatı var.
O ki qaldı cihazların keyfiyyətinə, salonlarda müasir və ya köhnə standartlarla işləyən cihazlar var. Yəni 2012-ci ilin modeli olan "Cynosure" ," Aleksandrit Candella GentLase" lazer cihazları işlədənlər mövcuddur. Hansı ki Türkiyə, Rusiya üçün bu cihazlar arxiv hesab edilir.

Lazer cihazlarının satış qiymətləri
Bakıda estetik lazer sahəsində ölkəyə avadanlıq gətirən "Azestetik Group" şirkətinin nümayəndəsi Cəmilə Babayeva bildirdi ki, təmsil etdiyi qurum ancaq Almaniya istehsalı "Arion Aleksandrit" cihazının satışını reallaşdırır. 2017-ci ilin istehsalı olan bu cihazların dəyəri 60 min avro təşkil edir. Onun sözlərinə görə, artıq bəzi gözəllik salonları "Arion Aleksandrit" cihazlarından alıblar.

İnternetdə lazer cihazı satışı ilə bağlı elanlarına da diqqət etdik. Öyrəndik ki, ən ucuz cihazın dəyəri 9 min, ən bahalısı isə 100 min manat təşkil edir. Məsələn, "Arion Aleksandrit" lazer cihazının satış qiyməti 58 min manatdır. Koreya istehsalı olan 2016-cı ilin modeli "Diod Lazer" cihazı 22 min manat, Aleksandrit Candella GentLase" 57 min manat, Diod Lazer Sapphire Ice 23 min manatdır.

Azərbaycana lazer aparatları hardan gətirilir?
Sual doğuran bu aparatların Azərbaycana hardan gətirilməsidir. 2016-cı ilin gömrük statistikasına görə, ölkəyə 75.613 ədəd elektrik lazer və ya digər işıq, foton, ultrasəs, elektron-şüa, plazma-qövs lehimləmə və qaynaq üçün aparatlar idxal olunub. Bunun nə qədərinin sırf lazer cihazı olduğu göstərilmədiyindən dəqiq rəqəm söyləmək mümkün deyil. Lakin o bəllidir ki, lazer cihazlarının hissələri, əsasən, Çin, Koreya, Tayvandan gətirilir. Azərbaycanla Almaniya arasındakı ticarətin strukturunda, sadəcə, tüklərin çıxarılması üçün qurğuların idxalı yer alıb. Oradan da aydın olur ki, 2016-cı ildə ölkəyə 839 ədəd belə qurğu gətirilib. Banqladeşdən 200, Bosniya və Herseqovinadan 1072 ədəd, İndoneziyadan 300 ədəd qurğu alınıb. Yenə də ən böyük partiya idxal Çinlə reallaşdırılıb - 45285 ədəd.


Leyla Əliyeva
Milli.Az
]]>
admin Thu, 11 Jul 2019 14:08:26 +0300
Hamiləlik dövründə lazer http://epimis.az/melumatlar/52-hamilelik-dovrunde-lazer.html http://epimis.az/melumatlar/52-hamilelik-dovrunde-lazer.html Hamiləlik dövründə lazer
Hamiləlik dövründə lazerArzu olunmaz tüklərdən xilas olmanın ən təsirli üsullarından biri olan lazer epilyasiyası, hazırda qadınlar tərəfindən bədənin müxtəlif nahiyələrindəki arzuolunmaz tüklərin təmizlənməsi üçün ən yaxşı və ən təsirli, eyni zamanda təsiri uzun müddət davam edən üsullardan biridir. Hər zaman lazer epilyasiyasiyasının hamilə qadınların sağlamlığına təsiri varmı? Hamiləlik dövründə bu tip epilyasiya qorxuludurmu? kimi suallar yarnır. Məqaləmizdə qeyd olunan fikirlərlə tanış olaraq bu suallarınıza cavab tapa bilərsiniz.

Hamiləlikdə lazer epilyasiyası etdirmək olarmı?
Lazer epilasyasının hamiləlik dövründə etdirilməsi ilə bağlı mütəxəssislər ana namizədlərinə xəbərdarlıqlarda edirlər. Dermatoloq mütəxəssislər, hamiləlikdə lazer epilyasiya etdirməyin təhlükəli ola biləcəyini bildirir. Xüsusilə hamiləliyin ilk üç ayında anaın bu vəziyyətdə narahatlıq yaşaya biləcəyi etimal edildiyi üçün arzu olunmaz tüklərdən azad olmaz üçün lazer epilyasiyasından istifadə etmək tövsiyyə edilmir. Hamiləlikdən əvvəl başlanmış lazer epilyasiya proseduru varsa, müalicə prosesində bu prosedurlar hamiləlik müddətində təxirə salmaq lazımdır.
Lazer epilyasiya etdirmək üçün ən doğru zaman soyuq mövsümlərdir. Lazer epilyasiya ediləcək nahiyənin lazer epilyasiyasını həyata keçirəcək mütəxəssis tərəfindən ətraflı müayinə olması tövsiyyə edilir. Pulun boşa getməməsi, sağlamlığın zərər verilməməsi üçün lazer epilyasiyasından əvvəl bu tövsiyyəyə əməl edin.
]]>
admin Thu, 11 Jul 2019 14:05:24 +0300
Lazerə getməzdən öncə bunları bilməlisiniz http://epimis.az/melumatlar/57-lazere-getmezden-once-bunlari-bilmelisiniz.html http://epimis.az/melumatlar/57-lazere-getmezden-once-bunlari-bilmelisiniz.html Lazerə getməzdən öncə bunları bilməlisiniz
İnsan bədənində tüklərin inkişafı üç etapda gedir. Bunlar anajen, katajen ve telojen etaplarıdır. Lazer şüası tük kökünə ancaq anajen dövrdə təsir etdiyinə görə epilyasiya zamanı tükün inkişafının bu dövrdə olması mütləqdir. Lakin bədəndəki tüklərin hamısının eyni anda anajen etapda olmadığını nəzərə alaraq lazer epilyasiyası bədən nahiyəsində 4-8 seans, üz nahiyəsində 6-10 sensa öz təsirini göstərir. Bundan əlavə seansın davamlılığını bədəndə gedən hormonal pozğunluqlar, istifadə olunan bəzi dərmanlar və aparılan müalicə periodu da uzada bilər.

Anagen (aktiv böyümə)
Tüklərin inkişaf etdiyi dövrdür. Tüklərin epilyasiyaya ən çox uyğun dövrüdür. Tük kökü ilə sıx əlaqəli olduğu üçün lazer şüasını tük kökünə çox təsirli ötürür. Yəni hansı epilyasiya növündən istifadə edirsinizsə edin, aktiv böyümə stadiyasına olmayan tükləri məhv edə bilməzsiniz.

Katagen (keçid)
Bu dövrdə tüklərin kökləri ilə heç bir əlaqəsi olmadığından epilyasiyanın tük köklərinə heç bir təsiri olmur.

Telogen (dincəlmə)
Dincəlmə dövrüdür. Bu dövrdə tüklər tamamilə öz kökü ilə əlaqəsiz olur və buna görə də lazer epilyasiyası nəticəsibndə tüklər yox olur, lakin tük kökləri heç bir məhvedici təsirə məruz qalmır.

Kimlər lazer epilyasiya etdirə bilər?
Tük çıxma dövrü başa çatmış, istifadəyə heç bir sağlıq maneəsi olmayan kişi , qadın hər kəs epilyasiya oluna bilər. Hamiləlik dövründə epilyasiya 2 trimestrda olunması məsləhətdir. Tük rəngi açıq olan insanlarda isə lazer epilyasiyası heç bir nəticə göstərmir.

Əməliyyatlar nə qədər çəkir?
Lazer epilyasiya əməliyyatı tətbiq edilən bölgənin genişliyinə görə dəyişir.

Lazer şüaları bədənə zərər verirmi?
Lazer şüası dəriyə tük köklərinin olduğu 2-5 mm dərinliyə qədər təsir edə bilir. Buna görə daxili orqanlara heç bir neqativ təsiri yoxdur.

Lazer epilyasiyasına dəri rənginin təsiri varmı?
Lazer epilyasiyasının ən uğurlu təsir etdiyi dəri rəngi açıq olan tükün isə rənginin tünd olanıdır. Bu cür insanlara Alexandrite Lazeri daha çox yaxşı nəticə göstərir. Prossesura başlamazdan öncə dərinizin rəngini ölçən avadanlığı tələb edin.
Dəri və tükünün rəngi açıq olan insanlarda isə Diode Lazerinin tətbiqi daha məqsədəuyğundur.
Qaralmış və dəri rəngi tünd olan insanlarda isə ND_Yag Lazerinin təsiri daha güclü olur.
Dəri rənginin fərqi olmadan ağ tükləri yalnız iynəli epilyasiya prosseduru məhv edir.

Lazer epilyasiyasının nəticələri neçə seansdan sonra özünü göstərir?
Prosedurun sayı fərqlidir, yəni o, bədənin hissəsindən, yaşdan və hormonal fondan asılıdır. 1 və ya 2 il ərzində tüklərin tamamilə aradan götürülməsi mümkündür. Amma elə də ola bilər ki, 6-7 seansdan sonra gözlənilən nəticə əldə olunsun.

Hansı mövsümdə lazer epilyasiyası etdirmək daha məqsədəuyğundur?
Lazer epilyasiyası əməliyyatını havaların hələ çox istilənmədiyi və günəşin özünü tez-tez göstərmədiyi aylarda etdirmək daha məqsədəuyğundur. Kəskin günəş şüaları dəriyə əks təsir göstərib onu yandıra bilər.

Lazer müalicələrindən sonra günəşə çıxmaq təhlükəlidirmi?
Yay mövsümündə lazer epilyasiyasına gələnlər 1 həftə ərzində kəskin günəş şüalarından uzaq durmağa çalışmalıdır. Hara getdiklərindən asılı olmayaraq, çantalarında günəşin ultrabənövşəyi şüalarından qoruyan SPF tərkibli krem gəzdirməyi məsləhət görürəm.

Hamilə qadınların lazer epilyasiyası əməliyyatına müraciət etməsi nə dərəcədə düzgündür?
Hamilə qadınların epilyasiya prosedurundan istifadə etmələri məsləhət deyil. Əslində 9 ay ərzində və süd verən müddətdə olmaz. Uşağın inkişafına mənfi təsir göstərə bilər, həm də epilyasiya prosesi tam ağrısız olmadığından hamilə qadınlar bu kimi stressdən uzaq dayanmalıdırlar.

Menstruasiya dövründə lazer epilyasiya etdirməyə icazə varmı?
Ciddi bir ziyanı yoxdur, lakin ağrı olduğuna görə, olmaz. Ya 3 gün əvvəl, ya da menstruasiyadan 3 gün sonra gəlmək olar.

Əməliyyat keçirmiş bir xəstə lazer epilyasiyasına gələ bilər?
Salonların çoxunda əməliyyatdan yeni çıxmış xəstələri də qəbul edirlər. Lakin 3 ay tamam olmamış lazer epilyasiyası etdirmək olmaz.

Lazer epilyasiyası zamanı ağrı hiss olunur?
Ağrı çox yüngül olur. Soyutma sistemi varsa o ağrını hiss etməyə qoymur.

Nə qədər vaxtdan sonra duş qəbul etmək olar?
Bir gün ərzində duş qəbul etmək olmaz.

Əməliyyat sonrası losyon-krem,və ya dərman istifadəsi lazımdırmı?
Qızartı meydana gəldiyi təqdirdə qoruyucu və bərpaedici kremlərdən istifadə edilə bilər (Bipanten məlhəmi). Ümumiyyətlə, üzə, bədənə krem və lasyon çəkmək məsləhət görülmür. Çünki qızartının və səpkilərin meydana gəlməsinə səbəb olur.

Lazer epilyasiyasının zərərləri və əks göstəriciləri varmı?
Lazer tətbiqləri çox vaxt radiasiya kimi qəbul edilir və zərərli təsir edər meydana gətirə biləcəyi düşünülür. Halbuki lazer ilə radiasiya arasında bir əlaqə yoxdur. Lazer tətbiqi əsnasında dəri altındakı təbəqə və orqanlara hər hansı bir təzyiq göstərdiyinə dair bir təsir müşahidə olunmayıb. Lazerlə bədəndə ancaq ət kökü səviyyəsinə qədər çatıla bilər. Lakin hər hansı bir xəstəlik varsa və bilmədən lazer epilyasiyasına müraciət edərlərsə, zərərləri yarana bilər. Bunlara şiş xəstəlikləri aid edilir. Lazer epilyasiyası onların daha da böyüməsinə səbəb ola bilər. Buna görə də, gəlməzdən əvvəl konsultasiya aparıb hansı xəstəliklərin olduğunu öyrənmək lazımdır. Əgər antibiotik qəbul edirsə, lazer epilyasiyası qətiyyən olmaz. Müalicədən 2 həftə sonra gəlmək olar.Lazer epilyasiyasının əks təsirinə bu günə qədər rastlanmamışdır. İstifadədən sonra dəridə bəzən yüngül köpmə və qızarma ola bilər. Amma bunlar keçərlidir. Bir neçə gün ərzində yox olur.

Lazer epilyasiyası bədənin hansı nahiyələrinə tətbiq edilə bilər?
Göz çuxuru istisna olmaqla lazer epilyasiyası bədənin bütün bölgələrində istifadə oluna bilər. Bədənin hər yerində olar, amma dərini yandırmamaq şərti ilə ayrı-ayrı dozalarda. Genital bölgələrdə də etmək olar və çox gözəl nəticələr əldə edilir.

Seanslar nə qədər fasilələrlə davam etməlidir?
Bədəndə 6 həftə, üz nahiyəsində 4 həftə fasilə ilə davam etdirilməsi məsləhətdir.

Seanslar arası çıxan tükləri neyləməli?
Bu tükləri mumla epilyatorla yəni kökündən qoparan heç bir üsulla almaq olmaz. Bunun üçün tük qısaldan aparatlardan və jiletdən istifadə edilə bilər.

Lazer epilyasiya ağrılı bir üsuludur?
Lazer epilyasiyası digər epilyasiya növlərinə nisbətən daha ağrısız prosedurdur. Lakin soyuq hava verən aparatlar vasitəsilə lazer ağrısı yox dərəcəsinə endirilə bilər.
]]>
admin Thu, 11 Jul 2019 14:05:13 +0300
Yoganın faydaları http://epimis.az/melumatlar/56-yoganin-faydalari.html http://epimis.az/melumatlar/56-yoganin-faydalari.html Yoganın faydaları
“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (m.ö. I əsr) “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür.

Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.
Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

Yoqada məqsəd birlik və bərabərlikdir. Edilən iş də hədəf birlik isə adamın özünün bütün olaraq hiss etməsi, heç bir şəkildə özündən əskik olmadığını bilməsi və ona görə dincliyə çatması, dinclik tapması qısaca bunları hiss etməyən biri yoqa etmir deməkdir. Yoqa edən adam ilk olaraq özünü, daha sonra ətrafını və kainatı qəbul etməsi lazımdır bu tanıma uyğun gələn yoqa edir və dinclik tapır.

Bədənin və ağlın təkmilləşməsi
Yoqa elementləri əzələ dartma və əyilmə məşqləri əlavə edilir. Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır.

Relaksasiya, elastiklik və pozitiv düşünmə
Bu məşqlərin əsas hissəsi fiziki pozalar və ya Asanalar, nəfəsalma üsulları və ya Pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O, həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəsalmanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir. Gündəlik yoqa məşqlərindən faydalanmaq üçün vegetarian olmağa ehtiyac yoxdur.

Bir sıra yoqa növləri vardır ki, bunları bilmək faydalıdır:

Aştanqa Yoqa intensiv yoqa sistemidir. Buraya mütərəqqi poza seriyaları daxildir. Hər kəs istədiyi intensivlikdə məşq edə bilər. Bikram Yoqa 35-40º C temperaturlu otaqda edilir. Hərarət tərləməni artırır və bədən təmizlənir, əzələ möhkəmlənir. Hatha Yoqa – bütün yoqa tiplərinin ən məşhurudur, onun əsasında asanalar dayanır. İyenqar yoga – ABŞ-da ən populyar yoqa növüdür, məqsədi zərif pozaları öyrətməkdir, əzələlərə və düzgün bədən duruşuna xüsusi diqqət yetirilir. Vinyasa yoqaya intensiv dartınma məşqləri daxildir. Bu növ əsasən hərəkət və nəfəsalmanın uzlaşmasına diqqət yetirir.

Məşqlərin intensivliyi həyat tərzimizin imkanlarına uyğunlaşdırılmalıdır (həftədə bir dəfə və ya hər gün). Biz tezliklə bədənimizdə müsbət dəyişiklikləri görəcəyik.
]]>
admin Tue, 12 Mar 2019 11:04:20 +0300
Oruc tutmağın bədənə faydası nədir? http://epimis.az/melumatlar/55-oruc-tutmagin-bedene-faydasi-nedir.html http://epimis.az/melumatlar/55-oruc-tutmagin-bedene-faydasi-nedir.html Oruc tutmağın bədənə faydası nədir?
Bu səbəbdən də dinimizin vacib buyurduğu hər bir əməlin məhz bizə faydalı olduğunu hər bir şəxs anlamalıdır. Bu əməllərdən biri də oruc tutmaqdır.

Oruc tutmağın insanın orqanizminə və mənəviyyatına böyük təsirləri vardır.

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır". Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.
Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən, ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.
Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Azərbaycan Respublikasının baş psixiatrı, tibb elmləri doktoru olmuş, mərhum psixiatr Ağabəy Sultanov orucluğun insan psixikasına müsbət təsirini belə ifadə edirdi: "İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır. Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tuturdu. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik və mehribançılıq olar. Axşam iftar süfrəsi arxasında əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olur. Çünki onlar bilirlər ki, böyük və əhəmiyyətli bir iş görüblər, bu işi Allah rizası və Allaha itaət məqsədilə icra ediblər.

Bütün bunlar insan mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edir. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Beləliklə, orucluq insan psixikasına müsbət təsir göstərir, insan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Çünki mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsanın təfəkkürü daha açıq olur, yaddaşı yaxşılaşır, o, daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur".
Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc - ən yaxşı dərmanlardan biridir.

Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".
Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülmüşdür. İmam Sadiq(ə) bu barədə belə buyurur: "Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır". Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".
]]>
admin Sun, 10 Mar 2019 21:12:32 +0300
Kükürdlü sabunun faydaları http://epimis.az/melumatlar/53-kukurdlu-sabunun-faydalari-ve-istifade-qaydalari.html http://epimis.az/melumatlar/53-kukurdlu-sabunun-faydalari-ve-istifade-qaydalari.html Kükürdlü sabunun faydaları
Saçlarımız də dərimiz üçün istifadə ediləcək bir çox təbii vasitələr mövcuddur. Bu vasitələr bitkilərdən və müxtəlif meyvələrdən əldə edilir. Həmin vasitələrdən biri də bitkilərdən hazırlanan sabunlardır. Belə sabunlardan biri də kükürdlü sabundur. immunitet.az-a istinadən bildiririk ki, kükürdlü sabunun ən gözəl xüsusiyyətlərindən biri onun sızanaqları qurutmaq qabiliyyətinə malik olmasıdır. Bu səbəbdən də kükürdlü sabunla yuyulan dəridə akne xəstəliyi əmələ gəlmir. Tərkibində ola kükürd ankenin əmələ gəlməsinin qarşısını almaqla yanaşı onun müalicəsində də effekli təsir gücünə sahibdir.
Kükürdlü sabun antiseptik və antibakterial təsirə malikdir. O dəridə mikrob və yağlanma kimi problemlərin qarşısını alır. Bu səbəbdən də kükürdlü sabun dəri üçün ideal müalicə vasitəsi sayılır. Onun xoşagəlməz zəif iyi olsa da, bu iy dəridə qalmır. Sabunun dəri üçün faydaları o qədərdir ki, onun iyi ən arxa planda qalır.

Kükürdlü sabunun faydaları:
* Dərini təmizləməkdə alternativi yoxdur.
* Dərini ciddi və dərindən təmizləyir.
* Dəridə olan ölü təbəqəni aparır.
* Dərini sığallı edir.
* Keratolitik təsiri vardır.
* Antibakterial və antimikrob təsirə malikdir.
* Dəridəki yağlanmanı aradan qaldırır.
* Dərinin yağ və su mübadiləsini normallaşdırır.
* Dəridə zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır.
* Qara nöqtələri yox edir və yenisinin əmələ gəlməsini əngəlləyir.
* Dərinin rahat nəfəsalmasına yardım edər.
* Ekzema, sədəf və göbələk xəstəliklərini aradan qaldırır.
* Seboreya,vulqaris və rozase kimi xəstəliklərin dəri xəstəliklərinin müalicəsində effekli təsir göstərir.
* İsti havalarda dərinin tərləməsini azaldır.
Yuxarıda sadalanan effekti almaq üçün kükürdlü sabunda düzənli olaraq istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kükürdlü sabundan dərisi quru olan adamlar istifadə edərkən çox diqqətli olmalıdrlar. Çünki bu sabun dərinin quruluğunu daha da artıra bilər.
]]>
admin Tue, 28 Aug 2018 14:23:38 +0300
G5 Masajı Nedir? Faydaları Nelerdir? http://epimis.az/melumatlar/50-g5-masaji-nedir-faydalari-nelerdir.html http://epimis.az/melumatlar/50-g5-masaji-nedir-faydalari-nelerdir.html G5 Masajı Nedir? Faydaları Nelerdir?
G5 masajı kendi adını taşıyan aletle yapılır. Hızlı titreşimle ve iterek sıkıştırma yöntemi ile fazla yağların ve selülitli bölgelerin yakılmasını sağlar ve uygulama bölgesinde zayıflama ürünlerinin kullanılması ile birlikte gözle görülür ciddi bir etki elde edilir. Gerginleşmiş noktaları ve spazmları yatıştırmaya, ödemlerin ve yorgunluk sonrası kaslarda biriken laktik asitin atılmasında yardımcı olur. Ritmik masaj ile kan dolaşımı hızlandırır, ciltte yaşlanma çizgilerini azaltır ve cilde esneklik sağlar. G5 masajı özellikle bölgesel zayıflamada kullanılan ve hızla yaygınlaşan yöntemlerden biridir. Aletle yapılan masaj sayesinde kan akışı hızlanır, damarlar açılır ve vücut toparlanır. G5 masajı özellikle pasif jimnastik öncesinde vücudun ısınmasını ve yağ yakmaya daha erken başlamasını sağlıyor. Masaj tüm vücuda uygulanabiliyor ancak özellikle kalça, üst bacak, kol ve popo bölgelerinde, selülitle mücadele amaçlı daha etkili olarak kullanılabiliyor.

G5 MASAJININ FAYDALARI NELERDİR?
* Bölgesel Dolaşım
* Ağrı giderme
* Rahatlama
* Fazla yağların yakılması
* Cilt sıkılaştırma
* Bölgesel zayıflama
* Cildin esnekliğini sağlama
* Toksin atma
* Selülit oluşumunu engeller ve selüliti azaltır
* Kemik yoğunluğunu arttırır
* Zihinsel ve bimensal stresi azaltır

G5 masajı hızlı titreşimlerle ve iterek sıkılaştırma yöntemiyle fazla yağların yakılmasını sağlar. Dolaşımı geliştirir , ağrı giderir, bitkinlik ve yorgunluk giderici özellikleri bulunmaktadır. Ritmik masaj ile kan dolaşımını hızlandırarak cilde esneklik sağlar ve ciltte yaşlanma çizgilerini azaltır. Her yeni güne uyandığınızda dinlenmiş ve rahatlamış hissettiğiniz vücudunuz ilerleyen zamanla gün içerisinde tekrar yorulmaya ve ağırlaşmaya başlar. Zamanla vücudunuz yıpranır, yorulur ve canlılıktan uzaklaşır. Bu yorgunluğa cildinizin sıkılığını da kaybederek ve selülitler eklenir. Bu masaj ile kas ve eklemlerde biriken toksinlerin rahatça atılması sağlanır ve toksinlerle beraber ağrılar da azalır. sertleşmiş kasların ve eklemlerin yumuşatılması sonucunda çok daha rahat bir şekilde hareket edilmesine yardımcı olur. Kas ve eklemlerin hareket kabiliyeti artarak, eklemler daha kaygan hale gelir. Ayrıca karın kaslarının sıkılığının arttırılması bağırsak hareketlerini kolaylaştırmakta ve dolayısıyla sindirim bozukluklarının giderilmesinde etkili olmaktadır. Kaslardaki gerginliğin ve yorgunluğun giderilmesi amacıyla kullanıldığında ise hastanın isteğine göre seanslar verilmektedir.
]]>
admin Tue, 26 Jun 2018 16:34:42 +0300
Epi-Mis ile tüklerden ömürlük azad olun http://epimis.az/melumatlar/aksiyalar/47-epi-mis-ile-tuklerden-omurluk-azad-olun.html http://epimis.az/melumatlar/aksiyalar/47-epi-mis-ile-tuklerden-omurluk-azad-olun.html Epi-Mis ile tüklerden ömürlük azad olunBakı Epi-Mis Lazer Epilyasiya da kampanya...!
Tanışıklık için koltukaltı ilk seans 10 Azn. (Heriki koltukaltının toplamı için birinci seans 10 Azn)
Epiderm Lazer Epilasyonun fark ve üstünlüğü nedir, nasıl ömürlük netice verir?
1- Epiderm 10 yıldır İstanbul'da 4 şube ile yalnız lazer epilasyon uygulamaktadır, başka hiç bir işlem yapılmaz. Türkiye'nin lazer epilasyonda uzman en tanınmış ve güvenilen markasıdır.
2- Bakı'da Istanbul Epiderm'den gelen özel eğitimli ve tecrübeli Türk kadın lazer epilasyon uzmanları hizmet verir.
3- Epiderm'de dünyadaki en iyi epilasyon lazeri ödülü alan Cynosure Apogee'den 13 adet bulunur; Amerikan FDA onaylı 60.000 Azn kıymetinde Alexandrite lazer cihazıdır.
4- SystemEpiderm farkı: Dijital spektrofotometrik ölçüm yapılarak cihaz kişiye özel yüksek frekanslarda kullanılır. Bu maliyetleri arttırır fakat uygulanan epilasyonun etkin ve kalıcı olmasını sağlar, deriyi korur. Daha az seansta ömürlük sonuç elde edersiniz ve daha az para ödemiş olursunuz.
5- Epiderm 1993 yılında Doç. Dr. Teoman Cem Kadıoğlu ve Op. Dr. Hüsniye Kadıoğlu tarafından kurulan, tıbbın muhtelif sahalarında hizmet veren Kadıoğlu Sağlık Hizmetleri bünyesindedir; ciddi ve köklü bir kuruluştur.]]>
admin Thu, 22 Jun 2017 10:27:29 +0300
Dermato-Kosmetoloqun konsultasiyasi pulsuzdur http://epimis.az/melumatlar/aksiyalar/34-dermato-kosmetoloqun-konsultasiyasi-pulsuzdur.html http://epimis.az/melumatlar/aksiyalar/34-dermato-kosmetoloqun-konsultasiyasi-pulsuzdur.html Dermato-Kosmetoloqun konsultasiyasi pulsuzdurEpi-Mis Lazer Mərkəzində Dermato-Kosmetoloqun konsultasiyasi pulsuzdur!!!
Öncədən yazılma mütləqdir.
Tel.:(012) 440 30 30]]>
admin Thu, 22 Jun 2017 10:24:11 +0300