Lazerdən əvvəl və sonra

Xəbərlər

Lazerdən əvvəl və sonraLazer epilyasiyası seansından əvvəl ve sonra...!
Lazer epilyasiyası seansından əvvəl:
1. Lazer epilyasiyası ediləcək bədən nahiyyələrinin dərisinin rəngi günəşin və ya solarımın təsirindən qaralmış (yanmış) olmamalıdır, epilyasiya zamanı insanın dərisinin rəngi öz təbii rənginə yaxın olmalıdır. Dəri tonunuz (rəngi) Mərkəzimizdə Digital Spektrofotometr ilə ölcülərək dozanın miqdarı müəyyən ediləcəkdir.
2.Lazer epilyasiyası ediləcək bədən nahiyyələrində son 20 gün ərzində tüklərin kökündən alınması işləri (maqqaşla, pinsetlə, epilyasiya və s.) aparılmamalıdır.
3.Uzanmış tüklər seansdan ən son 3 gün əvvələ qədər bədəndə qayçı və ya ülgüclə, sifət (üz) nahiyyəsində isə qayçı ilə qısaldıla bilər, amma tüklərinizi qısaltmadan gəlməyiniz məsləhət görülür.
4.Lazer epilyasiyası ediləcək tüklər saraldılmamalı, rənglənməmiş olmalıdır.
5.Dərini soyan vasitələr (peeling) işlədilirsə (retionik vasitə, glikolik vasitə kimi) lazer epilyasiyasından 15 gün əvvəl dayandırılmalıdır.
6.Lazer epilyasiyası edilərkən dəri üzərində makiyaj (kosmetik) qalıqları olmamalıdır.
7.Hamiləliyin ilk üç ayında, son 6 ayda Roaccutane istifadə edənlərə, sədəf və dəri rəngini tündləşdirən xəstəlikləri olan şəxslərə lazer epilyasiyası edilmir.

Lazer epilyasiyası seansından sonra:

1.Lazer epilyasiyası edildikdən sonra 2 gün ərzində günəş işıqlarına məruz qalmaq və solarıma girmek. Məcburən günəş isığına məruz qalacaqsınızsa (xüsusən üz nahiyyəsi), yüksək qorunma (SPF 30) faktorlu kremlərdən istifadə edilməlidir.
2.Lazer epilyasiyası seansları arasında günəş vannası qəbul etmə və ya solarım vasitəsilə dərinin
qaralması (bürüncləşmə) hallarında, nəzarət seansına gəldiyiniz zaman dərinin rəngi normal
hala gəlməmişdirsə lazer epilyasiyasının tətbiq edilməməsinə səbəb olacaqdır. Seans
dəriniz normal halını alana qədər təxirə salınacaqdır.
3. Lazer epilyasiyasından dərhal sonra ilıq su ilə yaxalanmaq (duş almaq) olar. Bir həftə ərzində kisə, peeling kimi dəriyə təsir edə biləcək vasitələrdən istifadə etmək olmaz.
4. Lazer epilyasiyası tətbiq edilən nahiyyədə insanın dəri həssaslığından asılı olaraq 1 saatdan bir neçə günə qədər qızartıların olması normaldır.
5.Bəzi insanlarda seansdan sonra lazer epilyasiyası tətbiq edilən nahiyyədə xəfif qabarıqlıq,
nadir hallarda qabıqlanma və sızanaq əmələ gəlsə də, bunlar müalicəyə ehtiyac olmadan özbaşına keçəcəkdir.
6.Lazer epilyasiyası tətbiq edilən tüklərin kökləri 3 ilə 10 gün ərzində xəfif şəkildə (yəni bir az)
uzanaraq tökülməyə başlayacaqdır və ya əl ilə tutulub çəkildiyində asanlıqla çıxacaqdır.
7.Seans arasında olan fasilə üz nahiyyəsi üçün 4 həftə, bədən nahiyyələri üçün 8 həftədir.
8. Seansların sayı təxminən bədən nahiyyələri üçün 4-6 seans, üz nahiyyələri üçün 6-12
seansdır. Bu seans sayları dərinin və tüklərin xüsusiyyətinə görə dəyişə bilər. Hormonal
pozuntular seans saylarına təsir edə bilər.
9.Tük sıxlığı hər seansda təxminən 15-20 % qalıcı olaraq (yəni bir daha çıxmayacaq) azalır,
fərqi yalnız 3.-cü seansdan etibarən aşkar şəkildə görəcəksiniz. Seanslara mütəmadi olaraq
davam etsəniz ilk seansdan sonra tük problemi yaşamayacaqsınız.
10.Böyük bədən nahiyyələri (qol, ayaq, kürək, cinsi orqanlar) üçün hər seansdan sonra 15-
20 gün arasında pulsuz (yəni heç bir ödəniş etmədən) nəzarət seansına hüququnuz vardır.
Nəzarətin 20 gündən daha gec olması müalicənin müşahidəsinə mənfi təsir edə bilər. Kiçik
nahiyyələrdə isə, müalicənin müşahidəsi üçün əhəmiyyəti olmadığından nəzarət seansına
ehtiyac yoxdur.