Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/epidermis/public_html/engine/classes/templates.class.php on line 217 Məlumatlar - Epimis Estetik Klinika http://epimis.az/ ru Məlumatlar - Epimis Estetik Klinika DataLife Engine Yoganın faydaları http://epimis.az/melumatlar/56-yoganin-faydalari.html http://epimis.az/melumatlar/56-yoganin-faydalari.html Yoganın faydaları
“Yoqa” sözü öz mənşəyini sanskrit dilindəki “yuq” sözündən götürür ki, o da tərcümədə “birləşmə”, “qovuşma”, “tövhid” mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (m.ö. I əsr) “Yoqa sutra” əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür.

Yoqa təlimi xəstəliklərin yaranmasına dair ən müasir elmi baxışlardan biri olan psixogenlik anlayışı ilə səsləşir. Bu təlim vurğulayır ki, xəstəliklərin və bədbəxt hadisələrin başımıza gəlməsində indiki və bundan əvvəlki maddi həyatımızdakı niyyət və əməllərimiz, əsəblərimiz səbəbkardır.
Yoqa təliminə görə insanın psixiemosional halları 7 əsas enerji mərkəzi vasitəsilə idarə olunur və həmin mərkəzlərə uyğun emosiyalar elə həmin mərkəzlərə uyğun orqanların ya normal işləməsinə, ya da xəstəliyinə səbəb olur .

Yoqada məqsəd birlik və bərabərlikdir. Edilən iş də hədəf birlik isə adamın özünün bütün olaraq hiss etməsi, heç bir şəkildə özündən əskik olmadığını bilməsi və ona görə dincliyə çatması, dinclik tapması qısaca bunları hiss etməyən biri yoqa etmir deməkdir. Yoqa edən adam ilk olaraq özünü, daha sonra ətrafını və kainatı qəbul etməsi lazımdır bu tanıma uyğun gələn yoqa edir və dinclik tapır.

Bədənin və ağlın təkmilləşməsi
Yoqa elementləri əzələ dartma və əyilmə məşqləri əlavə edilir. Yoqa bədən və yaddaşı təkmilləşdirən və həyat tərzinə çevrilən metod kimi anlaşılmalıdır.

Relaksasiya, elastiklik və pozitiv düşünmə
Bu məşqlərin əsas hissəsi fiziki pozalar və ya Asanalar, nəfəsalma üsulları və ya Pranayama və daha elastik olmaq üçün meditasiyalardır. Yoqa elastik olmağa və yaxşı formada qalmağa kömək edir. O, həmçinin yorğunluğu azaldır və zehni sağlamlığı qüvvətləndirir. Düzgün relaksasiyanı, nəfəsalmanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir. Gündəlik yoqa məşqlərindən faydalanmaq üçün vegetarian olmağa ehtiyac yoxdur.

Bir sıra yoqa növləri vardır ki, bunları bilmək faydalıdır:

Aştanqa Yoqa intensiv yoqa sistemidir. Buraya mütərəqqi poza seriyaları daxildir. Hər kəs istədiyi intensivlikdə məşq edə bilər. Bikram Yoqa 35-40º C temperaturlu otaqda edilir. Hərarət tərləməni artırır və bədən təmizlənir, əzələ möhkəmlənir. Hatha Yoqa – bütün yoqa tiplərinin ən məşhurudur, onun əsasında asanalar dayanır. İyenqar yoga – ABŞ-da ən populyar yoqa növüdür, məqsədi zərif pozaları öyrətməkdir, əzələlərə və düzgün bədən duruşuna xüsusi diqqət yetirilir. Vinyasa yoqaya intensiv dartınma məşqləri daxildir. Bu növ əsasən hərəkət və nəfəsalmanın uzlaşmasına diqqət yetirir.

Məşqlərin intensivliyi həyat tərzimizin imkanlarına uyğunlaşdırılmalıdır (həftədə bir dəfə və ya hər gün). Biz tezliklə bədənimizdə müsbət dəyişiklikləri görəcəyik.
]]>
admin Tue, 12 Mar 2019 11:04:20 +0300
Oruc tutmağın bədənə faydası nədir? http://epimis.az/melumatlar/55-oruc-tutmagin-bedene-faydasi-nedir.html http://epimis.az/melumatlar/55-oruc-tutmagin-bedene-faydasi-nedir.html Oruc tutmağın bədənə faydası nədir?
Bu səbəbdən də dinimizin vacib buyurduğu hər bir əməlin məhz bizə faydalı olduğunu hər bir şəxs anlamalıdır. Bu əməllərdən biri də oruc tutmaqdır.

Oruc tutmağın insanın orqanizminə və mənəviyyatına böyük təsirləri vardır.

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır". Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss etmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.
Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.

Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən, ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.
Tibb elmləri doktoru, professor Faiq Cəfərov orucun tibbi faydaları haqqında belə deyir: "Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur".

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Azərbaycan Respublikasının baş psixiatrı, tibb elmləri doktoru olmuş, mərhum psixiatr Ağabəy Sultanov orucluğun insan psixikasına müsbət təsirini belə ifadə edirdi: "İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır. Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tuturdu. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik və mehribançılıq olar. Axşam iftar süfrəsi arxasında əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olur. Çünki onlar bilirlər ki, böyük və əhəmiyyətli bir iş görüblər, bu işi Allah rizası və Allaha itaət məqsədilə icra ediblər.

Bütün bunlar insan mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edir. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Beləliklə, orucluq insan psixikasına müsbət təsir göstərir, insan rahatlıq tapır. Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Çünki mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsanın təfəkkürü daha açıq olur, yaddaşı yaxşılaşır, o, daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur".
Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc - ən yaxşı dərmanlardan biridir.

Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".
Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülmüşdür. İmam Sadiq(ə) bu barədə belə buyurur: "Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır". Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".
]]>
admin Sun, 10 Mar 2019 21:12:32 +0300
Kükürdlü sabunun faydaları http://epimis.az/melumatlar/53-kukurdlu-sabunun-faydalari-ve-istifade-qaydalari.html http://epimis.az/melumatlar/53-kukurdlu-sabunun-faydalari-ve-istifade-qaydalari.html Kükürdlü sabunun faydaları
Saçlarımız də dərimiz üçün istifadə ediləcək bir çox təbii vasitələr mövcuddur. Bu vasitələr bitkilərdən və müxtəlif meyvələrdən əldə edilir. Həmin vasitələrdən biri də bitkilərdən hazırlanan sabunlardır. Belə sabunlardan biri də kükürdlü sabundur. immunitet.az-a istinadən bildiririk ki, kükürdlü sabunun ən gözəl xüsusiyyətlərindən biri onun sızanaqları qurutmaq qabiliyyətinə malik olmasıdır. Bu səbəbdən də kükürdlü sabunla yuyulan dəridə akne xəstəliyi əmələ gəlmir. Tərkibində ola kükürd ankenin əmələ gəlməsinin qarşısını almaqla yanaşı onun müalicəsində də effekli təsir gücünə sahibdir.
Kükürdlü sabun antiseptik və antibakterial təsirə malikdir. O dəridə mikrob və yağlanma kimi problemlərin qarşısını alır. Bu səbəbdən də kükürdlü sabun dəri üçün ideal müalicə vasitəsi sayılır. Onun xoşagəlməz zəif iyi olsa da, bu iy dəridə qalmır. Sabunun dəri üçün faydaları o qədərdir ki, onun iyi ən arxa planda qalır.

Kükürdlü sabunun faydaları:
* Dərini təmizləməkdə alternativi yoxdur.
* Dərini ciddi və dərindən təmizləyir.
* Dəridə olan ölü təbəqəni aparır.
* Dərini sığallı edir.
* Keratolitik təsiri vardır.
* Antibakterial və antimikrob təsirə malikdir.
* Dəridəki yağlanmanı aradan qaldırır.
* Dərinin yağ və su mübadiləsini normallaşdırır.
* Dəridə zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır.
* Qara nöqtələri yox edir və yenisinin əmələ gəlməsini əngəlləyir.
* Dərinin rahat nəfəsalmasına yardım edər.
* Ekzema, sədəf və göbələk xəstəliklərini aradan qaldırır.
* Seboreya,vulqaris və rozase kimi xəstəliklərin dəri xəstəliklərinin müalicəsində effekli təsir göstərir.
* İsti havalarda dərinin tərləməsini azaldır.
Yuxarıda sadalanan effekti almaq üçün kükürdlü sabunda düzənli olaraq istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kükürdlü sabundan dərisi quru olan adamlar istifadə edərkən çox diqqətli olmalıdrlar. Çünki bu sabun dərinin quruluğunu daha da artıra bilər.
]]>
admin Tue, 28 Aug 2018 14:23:38 +0300
G5 Masajı Nedir? Faydaları Nelerdir? http://epimis.az/melumatlar/50-g5-masaji-nedir-faydalari-nelerdir.html http://epimis.az/melumatlar/50-g5-masaji-nedir-faydalari-nelerdir.html G5 Masajı Nedir? Faydaları Nelerdir?
G5 masajı kendi adını taşıyan aletle yapılır. Hızlı titreşimle ve iterek sıkıştırma yöntemi ile fazla yağların ve selülitli bölgelerin yakılmasını sağlar ve uygulama bölgesinde zayıflama ürünlerinin kullanılması ile birlikte gözle görülür ciddi bir etki elde edilir. Gerginleşmiş noktaları ve spazmları yatıştırmaya, ödemlerin ve yorgunluk sonrası kaslarda biriken laktik asitin atılmasında yardımcı olur. Ritmik masaj ile kan dolaşımı hızlandırır, ciltte yaşlanma çizgilerini azaltır ve cilde esneklik sağlar. G5 masajı özellikle bölgesel zayıflamada kullanılan ve hızla yaygınlaşan yöntemlerden biridir. Aletle yapılan masaj sayesinde kan akışı hızlanır, damarlar açılır ve vücut toparlanır. G5 masajı özellikle pasif jimnastik öncesinde vücudun ısınmasını ve yağ yakmaya daha erken başlamasını sağlıyor. Masaj tüm vücuda uygulanabiliyor ancak özellikle kalça, üst bacak, kol ve popo bölgelerinde, selülitle mücadele amaçlı daha etkili olarak kullanılabiliyor.

G5 MASAJININ FAYDALARI NELERDİR?
* Bölgesel Dolaşım
* Ağrı giderme
* Rahatlama
* Fazla yağların yakılması
* Cilt sıkılaştırma
* Bölgesel zayıflama
* Cildin esnekliğini sağlama
* Toksin atma
* Selülit oluşumunu engeller ve selüliti azaltır
* Kemik yoğunluğunu arttırır
* Zihinsel ve bimensal stresi azaltır

G5 masajı hızlı titreşimlerle ve iterek sıkılaştırma yöntemiyle fazla yağların yakılmasını sağlar. Dolaşımı geliştirir , ağrı giderir, bitkinlik ve yorgunluk giderici özellikleri bulunmaktadır. Ritmik masaj ile kan dolaşımını hızlandırarak cilde esneklik sağlar ve ciltte yaşlanma çizgilerini azaltır. Her yeni güne uyandığınızda dinlenmiş ve rahatlamış hissettiğiniz vücudunuz ilerleyen zamanla gün içerisinde tekrar yorulmaya ve ağırlaşmaya başlar. Zamanla vücudunuz yıpranır, yorulur ve canlılıktan uzaklaşır. Bu yorgunluğa cildinizin sıkılığını da kaybederek ve selülitler eklenir. Bu masaj ile kas ve eklemlerde biriken toksinlerin rahatça atılması sağlanır ve toksinlerle beraber ağrılar da azalır. sertleşmiş kasların ve eklemlerin yumuşatılması sonucunda çok daha rahat bir şekilde hareket edilmesine yardımcı olur. Kas ve eklemlerin hareket kabiliyeti artarak, eklemler daha kaygan hale gelir. Ayrıca karın kaslarının sıkılığının arttırılması bağırsak hareketlerini kolaylaştırmakta ve dolayısıyla sindirim bozukluklarının giderilmesinde etkili olmaktadır. Kaslardaki gerginliğin ve yorgunluğun giderilmesi amacıyla kullanıldığında ise hastanın isteğine göre seanslar verilmektedir.
]]>
admin Tue, 26 Jun 2018 16:34:42 +0300
Epi-Mis ile tüklerden ömürlük azad olun http://epimis.az/melumatlar/aksiyalar/47-epi-mis-ile-tuklerden-omurluk-azad-olun.html http://epimis.az/melumatlar/aksiyalar/47-epi-mis-ile-tuklerden-omurluk-azad-olun.html Epi-Mis ile tüklerden ömürlük azad olunBakı Epi-Mis Lazer Epilyasiya da kampanya...!
Tanışıklık için koltukaltı ilk seans 10 Azn. (Heriki koltukaltının toplamı için birinci seans 10 Azn)
Epiderm Lazer Epilasyonun fark ve üstünlüğü nedir, nasıl ömürlük netice verir?
1- Epiderm 10 yıldır İstanbul'da 4 şube ile yalnız lazer epilasyon uygulamaktadır, başka hiç bir işlem yapılmaz. Türkiye'nin lazer epilasyonda uzman en tanınmış ve güvenilen markasıdır.
2- Bakı'da Istanbul Epiderm'den gelen özel eğitimli ve tecrübeli Türk kadın lazer epilasyon uzmanları hizmet verir.
3- Epiderm'de dünyadaki en iyi epilasyon lazeri ödülü alan Cynosure Apogee'den 13 adet bulunur; Amerikan FDA onaylı 60.000 Azn kıymetinde Alexandrite lazer cihazıdır.
4- SystemEpiderm farkı: Dijital spektrofotometrik ölçüm yapılarak cihaz kişiye özel yüksek frekanslarda kullanılır. Bu maliyetleri arttırır fakat uygulanan epilasyonun etkin ve kalıcı olmasını sağlar, deriyi korur. Daha az seansta ömürlük sonuç elde edersiniz ve daha az para ödemiş olursunuz.
5- Epiderm 1993 yılında Doç. Dr. Teoman Cem Kadıoğlu ve Op. Dr. Hüsniye Kadıoğlu tarafından kurulan, tıbbın muhtelif sahalarında hizmet veren Kadıoğlu Sağlık Hizmetleri bünyesindedir; ciddi ve köklü bir kuruluştur.]]>
admin Thu, 22 Jun 2017 10:27:29 +0300
Lazerdən əvvəl və sonra http://epimis.az/melumatlar/xeberler/46-lazerden-evvel-ve-sonra.html http://epimis.az/melumatlar/xeberler/46-lazerden-evvel-ve-sonra.html Lazerdən əvvəl və sonraLazer epilyasiyası seansından əvvəl ve sonra...!
Lazer epilyasiyası seansından əvvəl:
1. Lazer epilyasiyası ediləcək bədən nahiyyələrinin dərisinin rəngi günəşin və ya solarımın təsirindən qaralmış (yanmış) olmamalıdır, epilyasiya zamanı insanın dərisinin rəngi öz təbii rənginə yaxın olmalıdır. Dəri tonunuz (rəngi) Mərkəzimizdə Digital Spektrofotometr ilə ölcülərək dozanın miqdarı müəyyən ediləcəkdir.
2.Lazer epilyasiyası ediləcək bədən nahiyyələrində son 20 gün ərzində tüklərin kökündən alınması işləri (maqqaşla, pinsetlə, epilyasiya və s.) aparılmamalıdır.
3.Uzanmış tüklər seansdan ən son 3 gün əvvələ qədər bədəndə qayçı və ya ülgüclə, sifət (üz) nahiyyəsində isə qayçı ilə qısaldıla bilər, amma tüklərinizi qısaltmadan gəlməyiniz məsləhət görülür.
4.Lazer epilyasiyası ediləcək tüklər saraldılmamalı, rənglənməmiş olmalıdır.
5.Dərini soyan vasitələr (peeling) işlədilirsə (retionik vasitə, glikolik vasitə kimi) lazer epilyasiyasından 15 gün əvvəl dayandırılmalıdır.
6.Lazer epilyasiyası edilərkən dəri üzərində makiyaj (kosmetik) qalıqları olmamalıdır.
7.Hamiləliyin ilk üç ayında, son 6 ayda Roaccutane istifadə edənlərə, sədəf və dəri rəngini tündləşdirən xəstəlikləri olan şəxslərə lazer epilyasiyası edilmir.

Lazer epilyasiyası seansından sonra:

1.Lazer epilyasiyası edildikdən sonra 2 gün ərzində günəş işıqlarına məruz qalmaq və solarıma girmek. Məcburən günəş isığına məruz qalacaqsınızsa (xüsusən üz nahiyyəsi), yüksək qorunma (SPF 30) faktorlu kremlərdən istifadə edilməlidir.
2.Lazer epilyasiyası seansları arasında günəş vannası qəbul etmə və ya solarım vasitəsilə dərinin
qaralması (bürüncləşmə) hallarında, nəzarət seansına gəldiyiniz zaman dərinin rəngi normal
hala gəlməmişdirsə lazer epilyasiyasının tətbiq edilməməsinə səbəb olacaqdır. Seans
dəriniz normal halını alana qədər təxirə salınacaqdır.
3. Lazer epilyasiyasından dərhal sonra ilıq su ilə yaxalanmaq (duş almaq) olar. Bir həftə ərzində kisə, peeling kimi dəriyə təsir edə biləcək vasitələrdən istifadə etmək olmaz.
4. Lazer epilyasiyası tətbiq edilən nahiyyədə insanın dəri həssaslığından asılı olaraq 1 saatdan bir neçə günə qədər qızartıların olması normaldır.
5.Bəzi insanlarda seansdan sonra lazer epilyasiyası tətbiq edilən nahiyyədə xəfif qabarıqlıq,
nadir hallarda qabıqlanma və sızanaq əmələ gəlsə də, bunlar müalicəyə ehtiyac olmadan özbaşına keçəcəkdir.
6.Lazer epilyasiyası tətbiq edilən tüklərin kökləri 3 ilə 10 gün ərzində xəfif şəkildə (yəni bir az)
uzanaraq tökülməyə başlayacaqdır və ya əl ilə tutulub çəkildiyində asanlıqla çıxacaqdır.
7.Seans arasında olan fasilə üz nahiyyəsi üçün 4 həftə, bədən nahiyyələri üçün 8 həftədir.
8. Seansların sayı təxminən bədən nahiyyələri üçün 4-6 seans, üz nahiyyələri üçün 6-12
seansdır. Bu seans sayları dərinin və tüklərin xüsusiyyətinə görə dəyişə bilər. Hormonal
pozuntular seans saylarına təsir edə bilər.
9.Tük sıxlığı hər seansda təxminən 15-20 % qalıcı olaraq (yəni bir daha çıxmayacaq) azalır,
fərqi yalnız 3.-cü seansdan etibarən aşkar şəkildə görəcəksiniz. Seanslara mütəmadi olaraq
davam etsəniz ilk seansdan sonra tük problemi yaşamayacaqsınız.
10.Böyük bədən nahiyyələri (qol, ayaq, kürək, cinsi orqanlar) üçün hər seansdan sonra 15-
20 gün arasında pulsuz (yəni heç bir ödəniş etmədən) nəzarət seansına hüququnuz vardır.
Nəzarətin 20 gündən daha gec olması müalicənin müşahidəsinə mənfi təsir edə bilər. Kiçik
nahiyyələrdə isə, müalicənin müşahidəsi üçün əhəmiyyəti olmadığından nəzarət seansına
ehtiyac yoxdur.]]>
admin Thu, 22 Jun 2017 10:23:17 +0300
Üzün təmizlənməsi http://epimis.az/melumatlar/xeberler/32-uzun-tmizlnmsi.html http://epimis.az/melumatlar/xeberler/32-uzun-tmizlnmsi.html Üzün təmizlənməsi
Üz bir növ vizit kartıdır,ona görə də dərinizin cavanlığını qorumaq üçün onu hərdən bir təmizləmək lazımdır.Dəriyə qulluq ilk öncä onun təmizlənməsindən başlayir.O dəridən bütün şlak və toksinləri çıxarmağa,dərinin rənginin yaxşılaşdırılmasına,dərinin dərindən nəmləşdirilməsinə,yardım edir.Üzün təmizlənməsi zamanı məsamələr dərindən təmizlənir.
Üz təmizlənməsi 2 üsulla aparılır: mexaniki və ultrasəs.Bütün digər təmizlənmə üsullarından fərqli olaraq dərinin mexaniki təmizlənməsi dərinin bütün məsamələrin əsaslı şəkildə təmizləməyə imkan verir.

Üzün mexaniki tämizlänmäsi :
1.Demakiyaj
2.Yüngül piling
3.Mäsamälärin buxar ilä genišländirilmäsi
4.Brossaj
5.Mexaniki tämizlämä
6.Antibakterial maska
7.Darsonval
Mexaniki tämizlämä-30 AZN

Üzün ultrasäslä tämizlänmäsi :
1.Demakiyaj
2.Yüngül piling
3.Xüsusi qel ilä mäsamälärin genišländirilmäsi
4.Ultrasäs cihazi ilä tämizlämä
5.Sakitläšdirici maska
ultrasäsle tämizlämä-20 AZN
]]>
admin Fri, 16 Jun 2017 14:00:46 +0300