Lazerə getməzdən öncə bunları bilməlisiniz
Məlumatlar / Manşet
İnsan bədənində tüklərin inkişafı üç etapda gedir. Bunlar anajen, katajen ve telojen etaplarıdır. Lazer şüası tük kökünə ancaq anajen dövrdə təsir etdiyinə görə epilyasiya zamanı tükün inkişafının bu dövrdə olması mütləqdir. Lakin bədəndəki tüklərin hamısının eyni anda anajen etapda olmadığını nəzərə alaraq lazer epilyasiyası bədən nahiyəsində 4-8 seans, üz nahiyəsində 6-10 sensa öz təsirini göstərir. Bundan əlavə seansın davamlılığını bədəndə gedən hormonal pozğunluqlar, istifadə olunan bəzi dərmanlar və aparılan müalicə periodu da uzada bilər.
Anagen (aktiv böyümə)
Tüklərin inkişaf etdiyi dövrdür. Tüklərin epilyasiyaya ən çox uyğun dövrüdür. Tük kökü ilə sıx əlaqəli olduğu üçün lazer şüasını tük kökünə çox təsirli ötürür. Yəni hansı epilyasiya növündən istifadə edirsinizsə edin, aktiv böyümə stadiyasına olmayan tükləri məhv edə bilməzsiniz.
Katagen (keçid)
Bu dövrdə tüklərin kökləri ilə heç bir əlaqəsi olmadığından epilyasiyanın tük köklərinə heç bir təsiri olmur.
Telogen (dincəlmə)
Dincəlmə dövrüdür. Bu dövrdə tüklər tamamilə öz kökü ilə əlaqəsiz olur və buna görə də lazer epilyasiyası nəticəsibndə tüklər yox olur, lakin tük kökləri heç bir məhvedici təsirə məruz qalmır.
Kimlər lazer epilyasiya etdirə bilər?
Tük çıxma dövrü başa çatmış, istifadəyə heç bir sağlıq maneəsi olmayan kişi , qadın hər kəs epilyasiya oluna bilər. Hamiləlik dövründə epilyasiya 2 trimestrda olunması məsləhətdir. Tük rəngi açıq olan insanlarda isə lazer epilyasiyası heç bir nəticə göstərmir.
Əməliyyatlar nə qədər çəkir?
Lazer epilyasiya əməliyyatı tətbiq edilən bölgənin genişliyinə görə dəyişir.
Lazer şüaları bədənə zərər verirmi?
Lazer şüası dəriyə tük köklərinin olduğu 2-5 mm dərinliyə qədər təsir edə bilir. Buna görə daxili orqanlara heç bir neqativ təsiri yoxdur.
Lazer epilyasiyasına dəri rənginin təsiri varmı?
Lazer epilyasiyasının ən uğurlu təsir etdiyi dəri rəngi açıq olan tükün isə rənginin tünd olanıdır. Bu cür insanlara Alexandrite Lazeri daha çox yaxşı nəticə göstərir. Prossesura başlamazdan öncə dərinizin rəngini ölçən avadanlığı tələb edin.
Dəri və tükünün rəngi açıq olan insanlarda isə Diode Lazerinin tətbiqi daha məqsədəuyğundur.
Qaralmış və dəri rəngi tünd olan insanlarda isə ND_Yag Lazerinin təsiri daha güclü olur.
Dəri rənginin fərqi olmadan ağ tükləri yalnız iynəli epilyasiya prosseduru məhv edir.
Lazer epilyasiyasının nəticələri neçə seansdan sonra özünü göstərir?
Prosedurun sayı fərqlidir, yəni o, bədənin hissəsindən, yaşdan və hormonal fondan asılıdır. 1 və ya 2 il ərzində tüklərin tamamilə aradan götürülməsi mümkündür. Amma elə də ola bilər ki, 6-7 seansdan sonra gözlənilən nəticə əldə olunsun.
Hansı mövsümdə lazer epilyasiyası etdirmək daha məqsədəuyğundur?
Lazer epilyasiyası əməliyyatını havaların hələ çox istilənmədiyi və günəşin özünü tez-tez göstərmədiyi aylarda etdirmək daha məqsədəuyğundur. Kəskin günəş şüaları dəriyə əks təsir göstərib onu yandıra bilər.
Lazer müalicələrindən sonra günəşə çıxmaq təhlükəlidirmi?
Yay mövsümündə lazer epilyasiyasına gələnlər 1 həftə ərzində kəskin günəş şüalarından uzaq durmağa çalışmalıdır. Hara getdiklərindən asılı olmayaraq, çantalarında günəşin ultrabənövşəyi şüalarından qoruyan SPF tərkibli krem gəzdirməyi məsləhət görürəm.
Hamilə qadınların lazer epilyasiyası əməliyyatına müraciət etməsi nə dərəcədə düzgündür?
Hamilə qadınların epilyasiya prosedurundan istifadə etmələri məsləhət deyil. Əslində 9 ay ərzində və süd verən müddətdə olmaz. Uşağın inkişafına mənfi təsir göstərə bilər, həm də epilyasiya prosesi tam ağrısız olmadığından hamilə qadınlar bu kimi stressdən uzaq dayanmalıdırlar.
Menstruasiya dövründə lazer epilyasiya etdirməyə icazə varmı?
Ciddi bir ziyanı yoxdur, lakin ağrı olduğuna görə, olmaz. Ya 3 gün əvvəl, ya da menstruasiyadan 3 gün sonra gəlmək olar.
Əməliyyat keçirmiş bir xəstə lazer epilyasiyasına gələ bilər?
Salonların çoxunda əməliyyatdan yeni çıxmış xəstələri də qəbul edirlər. Lakin 3 ay tamam olmamış lazer epilyasiyası etdirmək olmaz.
Lazer epilyasiyası zamanı ağrı hiss olunur?
Ağrı çox yüngül olur. Soyutma sistemi varsa o ağrını hiss etməyə qoymur.
Nə qədər vaxtdan sonra duş qəbul etmək olar?
Bir gün ərzində duş qəbul etmək olmaz.
Əməliyyat sonrası losyon-krem,və ya dərman istifadəsi lazımdırmı?
Qızartı meydana gəldiyi təqdirdə qoruyucu və bərpaedici kremlərdən istifadə edilə bilər (Bipanten məlhəmi). Ümumiyyətlə, üzə, bədənə krem və lasyon çəkmək məsləhət görülmür. Çünki qızartının və səpkilərin meydana gəlməsinə səbəb olur.
Lazer epilyasiyasının zərərləri və əks göstəriciləri varmı?
Lazer tətbiqləri çox vaxt radiasiya kimi qəbul edilir və zərərli təsir edər meydana gətirə biləcəyi düşünülür. Halbuki lazer ilə radiasiya arasında bir əlaqə yoxdur. Lazer tətbiqi əsnasında dəri altındakı təbəqə və orqanlara hər hansı bir təzyiq göstərdiyinə dair bir təsir müşahidə olunmayıb. Lazerlə bədəndə ancaq ət kökü səviyyəsinə qədər çatıla bilər. Lakin hər hansı bir xəstəlik varsa və bilmədən lazer epilyasiyasına müraciət edərlərsə, zərərləri yarana bilər. Bunlara şiş xəstəlikləri aid edilir. Lazer epilyasiyası onların daha da böyüməsinə səbəb ola bilər. Buna görə də, gəlməzdən əvvəl konsultasiya aparıb hansı xəstəliklərin olduğunu öyrənmək lazımdır. Əgər antibiotik qəbul edirsə, lazer epilyasiyası qətiyyən olmaz. Müalicədən 2 həftə sonra gəlmək olar.Lazer epilyasiyasının əks təsirinə bu günə qədər rastlanmamışdır. İstifadədən sonra dəridə bəzən yüngül köpmə və qızarma ola bilər. Amma bunlar keçərlidir. Bir neçə gün ərzində yox olur.
Lazer epilyasiyası bədənin hansı nahiyələrinə tətbiq edilə bilər?
Göz çuxuru istisna olmaqla lazer epilyasiyası bədənin bütün bölgələrində istifadə oluna bilər. Bədənin hər yerində olar, amma dərini yandırmamaq şərti ilə ayrı-ayrı dozalarda. Genital bölgələrdə də etmək olar və çox gözəl nəticələr əldə edilir.
Seanslar nə qədər fasilələrlə davam etməlidir?
Bədəndə 6 həftə, üz nahiyəsində 4 həftə fasilə ilə davam etdirilməsi məsləhətdir.
Seanslar arası çıxan tükləri neyləməli?
Bu tükləri mumla epilyatorla yəni kökündən qoparan heç bir üsulla almaq olmaz. Bunun üçün tük qısaldan aparatlardan və jiletdən istifadə edilə bilər.
Lazer epilyasiya ağrılı bir üsuludur?
Lazer epilyasiyası digər epilyasiya növlərinə nisbətən daha ağrısız prosedurdur. Lakin soyuq hava verən aparatlar vasitəsilə lazer ağrısı yox dərəcəsinə endirilə bilər.